Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi ilə əlaqədar müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə RİHB aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Suvarma Sistemləri İdarəsinin, Qazax “Melioservis” İdarəsinin nümayəndələri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) nümayəndələri iştirak edib.