Elm və Texnologiya

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

4 aprel / 12:13 1 dəq
1559722544 photo 250185
4 aprel / 12:13
Burada sizin reklamınız ola bilər

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Bu barədə Qerbxeber.com-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.miq.edu.az/yerdeyishme/faq

Paylaş
Burada sizin reklamınız ola bilər