Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib

10 avqust / 10:36 3 dəq
Baş prokurorluq
10 avqust / 10:36
Burada sizin reklamınız ola bilər

Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, eləcə də nüfuzlu media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Baş prokuror Kamran Əliyev giriş nitqi ilə çıxış edib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün bütün şərait yaradılıb. Media inkişaf etmədən cəmiyyətin düzgün tərəqqisi mümkün deyil və ona görə də ulu öndər Heydər Əliyev media ilə bağlı bütün institutların inkişafına böyük diqqət yetirib.

K.Əliyev deyib ki, Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub: “Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib. Medianın cəmiyyətdə rolu böyükdür. Prezident mediaya xüsusi diqqət göstərir və onun fəaliyyəti ilə gündəlik maraqlanır”.

Baş prokuror qeyd edib ki, XXI əsrin cəmiyyətləri və dövlətləri medianın inkişafı olmadan inkişaf edə bilməz: “Bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda media dördüncü hakimiyyətdir. Bunu hər kəs təsdiq edə bilər”.

Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilmiş, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.

İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı