İntihar mövzusu son zamanlar demək olar ki, aktual mövzulardan biridir. İstər sosial şəbəkələrdə, istərsə də xəbərlərdə gün boyu bu tip xəbərlərlə qarşılaşırıq. “20 yaşlı oğlan özünü asdı”, “Qarabağ qazisi intihar etdi” başlıqlı xəbərlər demək olar ki, günlük həyatımızın bir parçasına çevrilib. Nə qədər acı olsa da, bu mövzuda xəbərlər çoxalmaqdadır.
Bəs nədir insanlarda intihara meyl etdirən səbəb? İnsanlar çıxış yolu olaraq nəyə görə intiharı seçir?
Məsələ ilə bağlı sosioloq Rəşad Əsgərovla əlaqə saxladıq.
O, “Qərb Xəbər”ə bildirdi ki, hazırda intihara meyl edənlərin əksəriyyəti gənclərdir: “Bunun səbəbi onunla bağlıdır ki, uşaqlıq dövründən gənclik dövrünə keçdikdə müəyyən qədər problemlərlə rastlaşırlar xüsusən də bu şagirdlər və tələbələr arasında özünü göstərir”.
İntihar hadisələri sanki bir yoluxucu xəstəlik kimidir. Azərbaycanda baş verən intihar hadisələri nəyə görə medialarda bu qədər qabardılır?
“Ümumiyyətlə, intihar hadisələri bütün dünyada belədir ki, bunlar haqqında müəyyən qədər senzura qoyulur. Bu xəbərlərin mediada və yaxud kütləvi informasiya vasitələrində yayılması bəzi insanların bu sahəyə yönlənməsinə gətirib çıxara bilər. Ona görə də intihar halları müəyyən senzuradan keçdikdən sonra yayımlayırlar. Əksər hallarda intihar hadisələrinin 10-20 faizi ictimaiyyətə çatdırılır. Qalan məlumatlar isə ümumiyyətlə mediadan gizlədilir və yaxud ötürülmür”
İntihar edənləri yaş kateqoriyalarına böldükdə buraya həm 14-16 yaşlı azyaşlıları, həm yetiyetirmələri yəni abutiyentləri, həm də orta yaşlıları görürük.. Azyaşlıların intihar səbəbləri nədir? Bəs bu uşaqları intihara vadar edən səbəblər nədir?
“Bütün dünya üzrə intihara cəhd göstərənlərin və ya intihar edənlərin faiz nisbətinə baxdıqda burada gənclər daha üstünlük təşkil edir. Bu yaş qrupundan intihara cəhd edənlərin də tərkibinə baxdıqda burada müxtəlif problemlər, müxtəlif təzyiqlər və yaxud müxtəlif səbəblər görürük. Bu da həmin ölkələrin sosial-iqtisadi inkişafından, şəraitindən, durumundan aslı olaraq fərqlənir. Bu tendensiya Azərbaycanda da özünü göstərir. Xüsusən də yeniyetməllik dövründə olan gənclər arasında, tələbələr arasında, gənc ailələr arasında intihar faizləri yaşlılara nisbətən kifayət qədər çoxdur. Bunun bir səbəbi onunla bağlıdır ki, uşaqlıq dövründən gənclik dövrünə keçdikdə müəyyən qədər problemlərlə rastlaşırlar xüsusən də bu şagirdlər və tələbələr arasında özünü göstərir. Bu səbəblər psixoloji, sosial və yaxud ailəvi səbəblər ola bilər”.
Rahib İsgəndərli