Moskva vilayətinə dron hücumu olub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri Moskva vilayətində kiçik bir hava şarını məhv edib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov saat 21:00 radələrində Balaşixadakı Kuçino mikrorayonunda hava hücumundan müdafiə sisteminin PUA-nı vurduğunu açıqlayıb.
PUA-nın hissələri şəxsi evin üzərinə düşüb. Evdəkilər təxliyyə oluna bilib, xəsarət alan olmayıb