Bölgə xəbərləri

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

31 mart / 09:07 1 dəq
Indir 2023 03 31T090710.989
31 mart / 09:07
Burada sizin reklamınız ola bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

“Qərb Xəbər” xəbər verir ki, Ceyhun Bayramov bu barədə tvitterdəki hesabında yazıb.

“Fələstinə rəsmi səfərim çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunmaqdan məmnunam. Azərbaycanla Fələstin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirdim”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər