Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxda “Bahar musiqi” müsabiqəsi keçiriləcək

8 aprel / 19:33 3 dəq
IMG 20220408
8 aprel / 19:33
Burada sizin reklamınız ola bilər

Qazax rayonunda “İstedadları sorağında” proqramı çərçivəsində hər növ və hər janrda “Bahar musiqi” müsabiqəsi keçiriləcək.

“Qərb Xəbər”in məlumatına görə, Qazax Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə 8-29 yaşlı musiqiçilər iştirak edə biləcək. Layihənin rəhbəri Vahid Qurbanovdur.

Müsabiqədə iştirak etmək üçün hər iştirakçı Qazax Rayon Mədəniyyət Mərkəzinə 10 aprel 2022-ci il tarixindən 10 may tarixinədək sifariş ərizəsi təqdim etməkdir.

Ərizədə iştirakçının adı, soyadı, atasının adı, təvəllüdü qeyd olunmalıdır.

Müsabiqədə adı sifariş ərizəsində olmayan iştirakçı aşkar olunarsa, dərhal müsabiqədən kənarlaşdırılır və nəticələri ləğv olunur.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

1. Musiqi alətindı solo ifa

2. Simli alətdə (1 nəfər)

3. Zərb alətində (1 nəfər)

4. Klavişli alətdə (1 nəfər)

5. Nəfəsli musiqi alətində (1 nəfər)

6. Milli rəqs solo (1 nəfər)

7. Solo ifa (milli və ya əcnəbi) (1 nəfər)

8. İştirakçı tərəfindən nümayiş etdirilən nömrə 3 dəqiqədən çox olmamalıdır

9. Müsabiqə iştirakçıları 10 ballıq sistemlə qiymətləndirilir

Müsabiqədə

‌I yerləri tutmuş iştirakçılar videoçarx, fəxri fərman və diplomlarla,

‌II yerləri tutmuş iştirakçılar səsyazma studiyasında səs yazılışı, fəxri fərman və diplomlarla,

‌III yerləri tutmuş iştirakçılar fəxri fərman və diplomlarla mükafatlandırılacaq.

Mükafatlandırma MİHİ Qazax rayon Komitəsi tərəfindən həyata keçiriləcək.

Seçim turu:

‌1-ci yaş qrupu üzrə – 12-13-14 may 2022-ci il,

‌2-ci yaş qrupu üzrə – 15-16-17 may 2022-ci il,

‌3-cü yaş qrupu üzrə – 18-19-29 may 2022-ci il

Bütün qruplar üzrə seçilmiş iştirakçıların I-II-III yerlər üzrə yarışması 21-22 may tarixlərində keçiriləcək.

Müsabiqə 12 may 2022-ci il, 22 may 2022-ci il tarixlərində Qazax Rayon Mədəniyyət Mərkəzində keçiriləcək. Müsabiqə saat 10:00-da başlayır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı