Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Misir Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsini bağlayır

10 oktyabr / 16:50 2 dəq
Images 2023 10 10T164903.410
10 oktyabr / 16:50
Burada sizin reklamınız ola bilər

Misir Qəzza zolağı ilə sərhəddə fəaliyyət göstərən sonuncu keçid məntəqəsini bağlamaq qərarına gəlib.

“Qərb Xəbər” bildirir ki, bu barədə “The Washington Post” bildirib.

Məlumata görə, rəsmi Qahirə Misirlə Qəzza zolağının sərhədində yerləşən Rəfah şəhərindəki məntəqənin fəaliyyətini dayandırıb. Misir İsraillə sərhəddə yerləşən Taba keçid məntəqəsini də bağlayıb.

“Haanretz”in məlumatına görə, adının açıqlanmasını istəməyən Misirin dövlət məmuru bildirib ki, keçid məntəqəsi İsraiin istəyi ilə deyil, sülhü təmin etmək məqsədi ilə bağlanıb. Başqa mənbələr isə bildirib ki, bu addım Qəzza zolağına hücumlar nəticəsində fələstinlilərin Sinay yarımadasına qaça biləcəyindən qorxduğu üçün atılıb.

Bildirilib ki, Misir hakimiyyəti Qəzza zolağı ilə sərhəddə hərbi patrul xidmətini gücləndirib.

Qəzetin qeyd etdiyi kimi, Rəfah Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra tibbi yardım, qida və generatorlar üçün yanacaq, eləcə də digər zəruri mallar üçün Qəzza zolağına sonuncu keçid məntəqəsi olub.

Bir müddət əvvəl İsrail hökuməti Qəzza zolağının tam mühasirəyə alınması, su və elektrik təchizatının dayanması, ərzaq və yanacaq tədarükü yollarının kəsilməsi barədə göstəriş verib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı