Bölgə xəbərləri

Türkmənistan, Azərbaycan və Türkiyə üçtərəfli sammitinin vaxtı məlum olub

4 dekabr / 09:20 2 dəq
Adda5cb6 470b 3982 a166 692b4f921a07
4 dekabr / 09:20
Burada sizin reklamınız ola bilər

Dekabrın 13-14-də Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkmənistan televiziyası məlumat yayıb.

Sammitin keçirilməsi ilə bağlı qərarı Türkmənistan Prezidenti imzalayıb.

Sənədə əsasən, Prezident Administrasiyasına ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə yüksək səviyyədə üçtərəfli zirvə görüşünün keçirilməsi tapşırılıb.

Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Qeyd edək ki, noyabrın 28-də Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər