İdman

“Mançester Siti” yayda portuqaliyalı qapıçını transfer edə bilər

20 aprel / 23:59 1 dəq
08720f27 0eea 3bc7 8b9d ee0e188e8fa9 850
20 aprel / 23:59
Burada sizin reklamınız ola bilər

İngiltərənin “Mançester Siti” klubu yay transfer dönəmində Portuqaliyanın “Portu” komandasında çıxış edən qapıçı Dioqu Koştanı heyətinə qata bilər.

Qerbxeber.com “Mirror”a istinadən xəbər verir ki, “şəhərlilər” 25 yaşlı qolkiperi Edersona potensial əvəzləyici kimi görür.

Portuqaliyalı oyunçunun müqaviləsindəki bəndə əsasən, o, 73,7 milyon avro qarşılığında sərbəst qala bilər. Mançester təmsilçisi isə bu məbləğin çox yüksək olduğunu düşünür. Onlar futbolçunu 50 milyon funt-sterlinqə (təxminən 58,5 milyon avro) alacaqlarına ümid edirlər.

Qeyd edək ki, Dioqu Koşta cari mövsüm “Portu”nun heyətində 41 oyuna çıxıb.

Paylaş
Burada sizin reklamınız ola bilər