Prezident İlham Əliyev Slovakiya Baş nazirinə sui-qəsdi pisləyib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdlə bağlı paylaşım edib.
Qerbxeber.com xəbər verir ki, dövlət başçısı “X” səhifəsindəki paylaşımda bildirib:
“Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı arzulayıram”.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı