Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Məhərrəm Göyüşoğlu: Şəhidi olan məmləkətdə toy etmək doğrudurmu?

22 sentyabr / 12:12 4 dəq
Photo 5217944171954948625 x
22 sentyabr / 12:12
Burada sizin reklamınız ola bilər

 

Azərbaycan xalqı duyarlı, həssas,canı yananlığı ilə seçilən bir xalq olub.Vətən, millət məsələlərində bir anda təşkilatlanan,30 il işğala rəğmən torpağından vaz keçməyən bir millət, xalq və toplum, ikinci Qarabağ müharibəsində,adətə ordusu ilə bərabər nəfəs aldı, ordusu ilə bərabər savaşdı və qələbə çaldı.40 gün şəhidlərinə yas tutdu,toy etmədi. Amma 3 il əvvəl…

Yaşadığımız bu günlərdə isə, həm hüzünlü, həm də sevincliyik.Sevincliyik ona görə ki, 30 illik müharibə, münaqişə artıq  sona çatmaq üzrədir,erməni separatçılarının  nəhayət ki,ağ bayraq qaldırdığı bildirildi. Bir günlük Antiterror tədbirləri keçirən Silahlı Qüvvələrimiz  dilbər güşəmiz olan Qarabağı  sonunda silahsız bölgəyə çevirmək yolunda irəliləyişə nail oldu və olmağa davam edir. Bu tədbirlərdə təbii ki, itkilərimiz oldu, yaralılarımız var, Şəhidlərimiz var.

Şəhid kimdi?-Vətən üçün canından keçən, millət üçün fəda olan insan.Şuar səsləndirirk, dəfnə gedirik, ağlayıb sızlayırıq. Sonra isə, gəlib toy edirik.

Dostlar, bu nə qədər məntiqlidir, nə qədər tərbiyəvi işdir. İllahda bizə qadağalarmı olmalıdır?,İllah da bizə bunu dövlət orqanları deməlidir, başqa cür özümüz özümüzə dəyər verə bilmirik?

Qonşuda bir ANA gözü yaşlı əli qoynunda durur, iki ev bu tərəfdə bi Ana sındıra-sındıra rəqs edir!!!

Biz nə zaman belə qəddar olduq,biz nə zaman, hansı arada belə duyarsız olduq?

Niyə, görəsən ancaq özünü, öz xeyrini düşünən, kiçik, günlük hisslərlə yaşayan toplum oluruq?

Ancaq qadağalar mı, bizi tərbiyələndirməlidir, hardadır bu elin-obanın ağsaqqalı-qarasaqqalı?

Hanı bizim müdrük ağbirçəklərimiz? İndi millətin taleyini “silicon” dodaqlılarmı həll edir yoxsa?

Düşünün, iki aydı Azərbaycan toplumunun xeyli hissəsi toy etmirdi. Səbəbi hicri-qəməri təqvimi ilə Məhərrəm və Səfər aylarının başlaması deyildi. Səbəbi həmin bu ayın 10-da Kərbalada İmam Hüseynin və tərəfdarlarının Şəhid olmalarıdır! Onlara  görə toy şənliklərini keçirmir Azərbaycan xalqı, olsun.Onlara sevgidənmi, yoxsa qorxudanmı? Məncə qorxudan! Günah olar, əsrlərdir belə olub, sınaqdı, filan, falan.Hökümət bir şeyə qadağa qoysun, yenə  də, həbs və cərimə qorxusundan ona əməl edirik! Bu da olsun, bir şey demirik.Amma..

Bir-birimizə hörmət etsək, empati hissi ilə hərəkət edib, özümüzü o Şəhid atasının, Şəhid anasının yerinə qoysaq daha İnsan olmarıqmı?

Etdiyimiz hərəkətə gözü yaşlı şəhid övladının gözü ilə baxın, heç olmasa bircə dəfə!

Məmnun qalsanız, Toyunuzun-düyününüzün səsini daha yüksək edərsiniz.

Bizə, Qadağadan çox, empatiya və bir də TƏRBİYƏ lazımdır!

Bir də Xeyir iş görənlər, Şər işə düçar olan ailələrə sayğı və hörmətlə yanaşsın.Çünki, qədimdən belə  adətimiz olub: Toy edən ailə, ölüsü olan, ili çıxmayan ailələrdən üzrxaxlıq edib, “izacə”istəyərdi.Ölü sahibi isə ona “Xeyirlə-Şər qardaşdı! Gedin toyunuzu edin, Allah mübarək etsin!” deyərdi. Bir növ halallıq alardı.(Son dövrlər bu tədqirəlayiq adətimiz aradan qalxıb demək olar)

İndi toy edənlər,Şəhid ailələrindən halalıq ala bildinizmi, getdinizmi qapılarına?

Əminəm ki, -YOX!

Və sonda keşkə, Şəhidlər olmasın! Analar-Atalar, övladlar ağlamasın!

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı