“Əgər biz sanksiyalara qoşulsaq, bu zaman minlərlə şərabçı, ixracatçı və fermerimizə Rusiyadan pul köçürülə bilməyəcək”.
“Qərb Xəbər” məlumat verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili, hökumətin bugünkü iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiyaya sanksiya qoymaq, 1 milyon Gürcüstan vətəndaşına sanksiya qoymaq mənasına gəlir: “Sanksiya tətbiqinə gəlincə, əgər sanksiyalara qoşulsaq, bu zaman 1 milyon vətəndaşımız, minlərlə şərabçımız, ixracatçmız və fermerimiz bundan təsirlənəcək. Məndən öz xalqımıza sanksiya tətbiq etməyimimi tələb edirsiniz? Kim bundan daha çox ziyan görəcək?”, – deyə İ. Qaribaşvili bildirib. / 24news.ge