Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

KTMT-nin baş katibi yenidən Ermənistana gəldi

29 sentyabr / 17:26 2 dəq
E5b2e4760ce52bc6957ab63f8338e394 768x403
29 sentyabr / 17:26
Burada sizin reklamınız ola bilər

KTMT-nin baş katibi Stanislav Zas Ermənistana gəlib.

“Qərb Xəbər” “KONKRET.az”a istinadən bildirir ki, onun sentyabrın 12-14-də baş vermiş hərbi əməliyyatlardan sonra İrəvana ikinci səfəridir.

 

Xatırladırıq ki, İlk səfərdə Paşinyan onu qəbul etməyib.

 

Bu gün isə Paşinyan və Zas arasında görüş baş tutub.

“Sentyabrın 29-da KTMT-nin baş katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı missiyasının işi çərçivəsində İrəvanda Ermənistanın Baş naziri, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyanla görüşüb”,- deyə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

Zas Paşinyana KTMT Missiyasının işinin ilkin nəticələri barədə məlumat verib, tərəflər onun işini və regiondakı mövcud vəziyyəti ətraflı müzakirə ediblər. Təşkilatın baş katibi və KTMT Birləşmiş Qərargahının rəhbərinin rəhbərlik etdiyi KTMT missiyası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il sentyabrın 13-də keçirilmiş fövqəladə iclasının qərarına əsasən Ermənistana göndərilib.

Missiyanın tərkibinə Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxil idi.

KTMT Missiyasına Ermənistan Respublikasının bəzi sərhədyanı rayonlarında vəziyyətin monitorinqi və öyrənilməsi və gələcək tədbirlər üçün təkliflərin hazırlanması tapşırılıb. Missiyanın işinin nəticələrinə əsasən, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətin normallaşdırılması ilə bağlı təkliflər barədə hesabat hazırlanır.

Görünür, Ermənistan hələ də KTMT-nin köməyinə ümid edir. Belə olmasaydı, Zasın gəlişindən məlumatlı olan Paşinyan Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyası yerləşdirmək lazım olduğunu vurğulamazdı.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı