Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama qaytarılacağı vaxt açıqlanıb

12 iyun / 08:22 3 dəq
Bd27a883 d0d5 43f0 b876 d465819efc3c
12 iyun / 08:22
Burada sizin reklamınız ola bilər

Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama qaytarılacağı vaxt açıqlanıb.

“Qərb Xəbər” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib ki, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir.

“Məsələn, Böyük Qayı­dış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mər­hələdə bu cür şəraitdə yaşayan 20 məc­buri köçkün ailəsinin (90 nəfər) köçürül­məsi bunun bariz ifadəsidir”, – E.Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Füzulidə 6 məhəllə inşa olu­nur:

“38 binada tikinti-quraşdırma əməliy­yatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürül­məsi nəzərdə tutulur. Bu proses iki mər­hələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir”.

E.Hüseynov qeyd edib ki, əsas məqsəd işğaldan azad olunmuş əra­zilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək key­fiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdam şəhərində ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaş­manın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur.

“Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün qaytarılması planlaşdırılır”, – E.Hüseynov əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı