Dünya

İsrailin “öldürdük” dediyi 2 kritik şəxs Tehrandakı dəfn mərasimində göründü 

29 iyun / 22:03 2 dəq
Emcode dd55c0c6d251c6ce000fe3d25cd4d457 (1)
29 iyun / 22:03
Burada sizin reklamınız ola bilər
13 iyunda İsrailin hücumlarında həlak olduğu deyilən iranlı hərbi rəsmilər və mülki şəxslər üçün Tehranda izdihamlı dəfn mərasimi keçirilib – prezidentin və yüksək rütbəli rəsmilərin qatıldığı tədbirdə İsrailin “öldürdük” dediyi Əli Şəmxani və İsmail Qaaninin də iştirak etməsi böyük maraqa səbəb olub.

Qerbxeber.com “Anadolu Ajansı”na istinadla xəbər verir ki, bu gün səhər saatlarında Tehran Universitetinin kampusunda qılınan cənazə namazı ilə başlayan mərasimə ilk olaraq bu ölkənin prezidenti Məsud Pəzeşkiyan olmaqla, çox sayda yüksək səviyyəli rəsmi qatılıb – əllərində İran və matəmi simvolizə edən qara bayraqlar tutan izdiham və mərsiyələrlə mərasimi müşayiət edib. Nümayişçilər zaman-zaman ABŞ və İsrail əleyhinə gurultulu sərt şüarlar səsləndirib.

Mərasimdə, 13 iyun hücumlarında yaralandığı və daha sonra həyatını itirdiyi iddia edilən keçmiş Milli Təhlükəsizlik Ali Şurasının sədri və İran lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şəmxani ilə Qüds Güvvələrinin komandanı general-polkovnik İsmayıl Qaaninin də iştirak etdiyi görülüb. Öldüyü iddia edilən hər iki önəmli şəxsin mərasimdə iştirak etməsi beynəlxalq mediaların gündəm predmetinə çevrilib.

Paylaş
Burada sizin reklamınız ola bilər