Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İran Prezidentinin axtarışı davam edir

19 may / 22:38 3 dəq
01000000 0aff 0242 40c7 08dc7821a6d5 w1597 n r1 st s
19 may / 22:38
Burada sizin reklamınız ola bilər

Adının çəkilməsini istəməyən İran rəsmisinin “Reuters” xəbər agentliyinə verdiyi məlumata əsasən, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahianın göyərtəsində olduğu helikopter bazar günü Azərbaycan sərhədində görüşdən qayıdarkən, dumanlı havada dağlı ərazidə qəza keçirib.

Rəsminin bildirdiyinə görə, İbrahim Rəisi və Hüseyn Əmirabdollahianın həyatları “helikopter qəzasından sonra təhlükədədir”.

“Biz hələ də ümid edirik, amma qəza ərazisindən gələn məlumat narahatedicidir”, deyə adının açıqlanmasını istəməyən rəsmi Reuters-ə deyib.

İran dövlət mediası qəzanın pis hava şəraitinə görə olduğunu və bu hava şəraitinin səxilasetmə işlərini çətinləşdirdiyini bildirib.. İran ordusunun baş qərargah rəisi ordunun və elit İnqilab Keşikçiləri Qvardiyasının bütün resurslarının axtarış-xilasetmə əməliyyatlarında istifadə edilməsi barədə göstəriş verib.

“Qaranlıqdır və yağış başlayıb, lakin axtarışlar davam edir. Xilasetmə qrupları əraziyə çatıb… Lakin yağış palçığa səbəb olduğundan axtarışları çətinləşdirib”, – yerli müxbir dövlət televiziyasına bildirib.

Ölkənin dövlət televiziyası bütün ölkə üzrə müntəzəm proqramlarını dayandırıb. Ekranlarda Rəisi üçün duaların edildiyi, ekranın küncündə isə xilastemə qruplarının axtarşlarının canlı görüntüləri nümayiş etdirilir.

İslam Respublikasını Ali Rəhbəri Ayətullah Əli Xamenei iranlıları sakitləşdirməyə çalışaraq deyib ki, dövlət işlərində heç bir maneə olmayacaq.

İranın rəsmi xəbər saytları verdiyi məlumaya əsasən, prezident Rəisi bazar günü İranın Azərbaycanla sərhədində bəndin açılış mərasimindən qayıdarkən onun vertolyotu Vərzəqan bölgəsində “sərt eniş” edib.

Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Məlek Rəhməti, Təbriz cümə namazı imamı Höccətülislam Əl Haşim və bir sıra başqa şəxslər də olduğunu bildirilir.

İnsident baş verən zaman Rəisi İranın Şərqi Azərbaycan vilayətində səfərdə idi.

Mənbə: VOA

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı