Dünən axşam saatlarından başlayaraq İran İsrailə raket zərbələri endirməyə başlayıb.İrandan İsrailə doğru 400-ə yaxın raket atılıb. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Jerusalem Post məlumat” yayıb.
İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.
İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirir.İsrail mənbələri Təl-Əvivin bəzi nöqtələrinin vurulduğunu bildirib.
Hücumun miqyası və səviyyəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.
“İrandan İsrailə raketlər atıldığı üçün bütün İsrail mülki vətəndaşları bomba sığınacaqlarındadır”, – qeyd edilib.