İlham Əliyev Hakan Fidanı və İran XİN başçısını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin xarici işlər naziri Hakan Fidan regional məsələləri müzakirə edib.
Bakıda səfərdə olan türkiyəli nazir iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışıb.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə Toplantısı çərçivəsində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiani qəbul edib.
Bu barədə informasiyanı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.




