Fransız geofizik: Türkiyə 4 metr qərbə sürüşdü
Zəlzələ səbəbindən Türkiyə 4 metrə qərbə sürüşüb.
“Qərb Xəbər” bildirir ki, bu sözləri fransız geofizik Xavier Le Piçon deyib.
“23 ildir Türkiyəni araşdırıram. Məsələnin ciddiliyi səlahiyyətlilərə və xalqa çatdırılmayıb. Daha çox zəlzələlərə hazırlaşmalısınız. Türkiyədəki qırılma xətti Kaliforniyadakı ilə eynidir. Kaliforniyada buna qarşı necə tikinti aparılması öyrənildi”, – deyə o bildirib.



