Bölgə xəbərləri

Ceyhun Bayramov: “Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir”

12 aprel / 12:55 1 dəq
1646482404 ceyhun bayramovjpg
12 aprel / 12:55
Burada sizin reklamınız ola bilər

“Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir”

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, qonağı Qarabağdakı ermənilərin reinteqrasiya prosesi barədə məlumatlandırdığını bildirib: “Danışıqlar bundan sonra da olacaq. Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir”.

C.Bayramov vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədrinə Qarabağda görülən yenidənqurma işləri barədə də məlumat verib: “Eyni zamanda mina təhlükəsinin davam etməsi, Ermənistanın mina xəritələrini hələ də təqdim etməməsi mövzusu da gündəlikdə oldu”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı