Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Elxan Şahinoğlu: Tokayev ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır

4 noyabr / 11:18 3 dəq
Qazaxıstan 6796894c
4 noyabr / 11:18
Burada sizin reklamınız ola bilər

“Tokayevin yanvar hadisələrindən sonra Qazaxıstanda mövqeləri güclənib. O, keçmiş prezident Nursultan Nazarbayevin himasəyindən çıxıb, müstəqil daxili və xarici siyasət yürüdür. Paytaxtın adı yenidən Astana oldu. Tokayev Astanada beynəlxalq əhəmiyyətli bir neçə beynəlxalq toplantı keçirib. Tokayev Qazaxıstanın hərbi doktirnasını da dəyişdirib. Yeni düzəlişə görə, Qazaxıstanda daxili münaqişələr zamanı Milli Qvardiyanın gücündən də istifadə oluna bilər”.

“Qərb Xəbər” bildirir ki, bu fikirləri Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu əlavə edib ki, Tokayev ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır.

“Rusiya rəsmilərinin və diplomatlarının Qazaxıstanın ərazi bütövlüyü əleyhinə verdikləri açıqlamalar Astanada narazılıqla qarşılanır. Qazaxıstanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, ilhaqı tanımaması Kremlin xoşuna gəlmir”- deyə, siyasi şərhçi bildirib.

O deyir ki, Astana Türkiyə və türk dünyası ilə əməkdaşlığın geninləşməsinə üstünlük verir və əlavə edir ki, “Astana Ankara ilə birgə hərbi-sənaye kompleksini inkişaf etdirməkdə qərarlıdır.

“Qazaxıstanda marağı olan ölkələrdən biri də Çindir. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Qazaxıstanın ərazi bütövlüyünə dəstək verir. Çin lideri Si Cinpin Qazaxıstana səfəri zamanı qonşu ölkənin ərazi bütövlüyünə dəstəyi davam etdirdiyini bildirdi. Bu Pekinin Moskvaya mesajı idi ki, Çin Rusiyanın Qazaxıstana qarşı ərazi iddialarını qəbul etmir. Çin Rusiya və Qazaxıstanla birgə Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarının hərəkətə gətirilməsini istəyir.

Buna baxmayaraq, Pekin fəal uyğurların Qazaxıstanda sığınacaq tapmaqlarından narahatdır. Qazaxıstan uyğurların Çində izləşdikləri repressiyalardan qaçdıqları ölkədən biridir. Uyğurlar ara-sıra Çinin Qazaxıstandakı səfirliyi qarşısında etiraz təşkil edirlər. Ancaq Astana Çin əleyhinə böyük etirazlara imkan vermir”.

azerforum.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı