Ağstafa şəhər sakinləri kommunal xidmətlərin yerinə yetirilməməsindən əziyyət çəkirlər.
O cümlədən M.Ə.Rəsulzadə küçəsi və avtovağzal ərazisinə yaxın digər küçələrdə məişət tullantılarının daşınması ləngidilir. Nəticədə yaranan anti-sanitar vəziyyət sakinlərin narazılığına səbəb olur.
Bu barədə “Qərb Xəbər”ə göndərilən video materialı təqdim edirik.
Məsələ ilə bağlı Ağstafa rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin müdiri Yalçın İsmayılov bildirib ki, bəzən texniki səbəblərdən ləngimələr olsa da, ümumən məişət tullantılarının daşınması işini hər gün yerinə yetiririk. O, həmçinin bundan sonra da həmin ərazilərin təmizliyinə diqqət yetiriləcəyini qeyd etdi.