Bölgə xəbərləri

İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub

15 noyabr / 20:40 1 dəq
533c0b3f fea6 3ee5 b0b4 786fe09f2513
15 noyabr / 20:40
Burada sizin reklamınız ola bilər

Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

“Qərb Xəbər” bildirir ki, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, fəal siyasi dialoqun həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olunub. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər