Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Zelenskidən sərt bəyanat: ‘Bizə Avropa İttifaqı lazım olduğu kimi, biz də Avropaya ən azı bir o qədər lazımıq”

24 avqust / 11:48 2 dəq
Zelenski unufirmda
24 avqust / 11:48
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə xalqa müraciətində sərt bəyanatlar səsləndirib.

 Dövlət başçısı Ukraynanın gələcəyi barədə qərarı yalnız xalqın özü verəcəyini bildirib: “Bizə ədalətli sülh lazımdır. Bizim gələcəyimizi yalnız biz müəyyənləşdirəcəyik”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, müharibənin sonunda Ukrayna elə güclü təhlükəsizlik təminatları əldə edəcək ki, heç bir ölkənin ağlına belə bu dövlətə hücum etmək gəlməyəcək.

Zelenski həmçinin Ukraynanın artıq beynəlxalq arenada əsas söz sahiblərindən birinə çevrildiyini deyib: “Ukraynaya qulaq asırlar, Ukrayna ilə hesablaşırlar. Artıq bizə ‘qapının arxasında gözləyin’ demirlər, əksinə, ‘qərarı yalnız siz verəcəksiniz’ deyirlər. Belə bir Ukraynanı bir həftə əvvəl ABŞ-da təmsil etmək mənim üçün şərəf idi. Bu gün həm ABŞ, həm də Avropa etiraf edir: Ukrayna hələ qələbə qazanmayıb, amma artıq məğlub olmayacaq”.

Prezident əlavə edib ki, Ukrayna artıq qurban yox, döyüşçü kimi tanınır: “Biz dilənmirik, biz müttəfiqlik və tərəfdaşlıq təklif edirik. Avropanın ən güclü ordusunu, qabaqcıl müdafiə texnologiyalarını və dözümlülük təcrübəsini təqdim edirik. Biz deyirik: ‘Bizə Avropa İttifaqı lazımdır’. Bəli, amma biz də Avropaya ən azı bir o qədər lazımıq. Bunu hamı qəbul edir və Ukraynanı artıq yoxsul qohum kimi yox, güclü müttəfiq kimi görürlər”, – Zelenski bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı