Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Turan Tovuz” klubu böyük məbləğdə cərimələnib

23 dekabr / 13:25 2 dəq
Tovuz
23 dekabr / 13:25
Burada sizin reklamınız ola bilər

AFFA İntizam Komitəsi “Turan Tovuz” və “Kəpəz” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verənlərə hüquqi qiymət verib.

Tovuz təmsilçisinin qapıçısı Tərlan Əhmədli ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimələnib.

Azarkeşlər matçın rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün meydan sahibləri 4 000 manat ziyana düşüb. “Turan Tovuz” meydana kənar əşyaların atılmasına görə 1 600 manat ödəcəyək. Bundan əlavə, klub bəzi kənar şəxslərin meydana girməsi səbəbindən 1 600 manatından keçməli olacaq. Tovuz təmsilçisi pirotexniki vasitələrdən istifadəyə görə isə 800 manat məbləğində cəriməyə məruz qalıb.

“Kəpəz” tərəfdarları da rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlədib və Gəncə təmsilçisini 4 000 manat ziyana salıb. Komandanın oyunçusu Mate Kvrikvia ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəzaya, klub bunun üçün 200 manat cəriməyə məruz qalıb.

Qərara əsasən, “Kəpəz” klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) Gəncə təmsilçisi tərəfindən tam ödənilməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı