Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Hansı yolla olur-olsun, Qarabağda öz iradəmizi diktə edəcəyik” – Fazil Mustafa

16 may / 12:44 2 dəq
Fazil mustafa deputat
16 may / 12:44
Burada sizin reklamınız ola bilər

“Brüssel görüşü ilə bağlı konkret nəticələrin olacağını düşünmürəm. Buna bir əsas da yoxdur. Amma müəyyən ilkin müzakirələrin aparılması bütün hallarda faydalıdır”.

“Qərb Xəbər” bildirir ki, bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, əsasən Amerika Birləşmiş Ştatlarında görüşdən sonra Moskva görüşü və ondan sonra da Ermənistanın başladığı təxribatçı addımlar onu göstərir ki, Ermənistan hələ sülhə hazır deyil:

“Sadəcə, Ermənistan burada diplomatik variantlardan qaçmadığını göstərmək üçün bir sıra addımlar atır. Amma bu, yetərli deyil. Biz çalışmalıyıq ki, Ermənistanın artıq qərar verə biləcəyi anda bu məsələni gerçəkləşdirək. Biz də diplomatik müzakirələrə hazır olduğumuzu bildirməklə yanaşı, həm də bu müzakirələri davam etdirməyin də o qədər effektli olmadığını görürük. Çünki Ermənistanın təxribatlarına qarşı sərt bir mövqe sərgiləməyi də düşünürük. Yəqin ki, bundan sonra da belə davam edəcəkdir. Hər hansı bir şəkildə Azərbaycan sayıqlığını itirmir. Sülh olarsa, sülh olmazsa, yenə də hansı yolla olur-olsun, müharibə yolu ilə də, antiterror əməliyyatı yolu ilə də olsa, Qarabağda öz iradəmizi diktə edəcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı