Müxalif “Dəyişikliklər üçün Koalisiyası”nın liderlərindən biri olan Nika Melia həbs olunub.
Qerbxeber.com xəbər veri ki, bu barədə məlumatı Koalisiyanın mətbuat xidməti yayıb.
“Nika Melia Lisi yaxınlığında 100-ə yaxın patrul polisi tərəfindən həbs olunub.
Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə ona qarşı 50 min lari məbləğində girov tədbiri seçilib, lakin o, bu məbləği ödəməkdən imtina etdiyini açıqlayıb.
Nika Meliyaya qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə irəli sürülüb, bu da “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsini” nəzərdə tutur. Bu əməl cərimə, bir ilə qədər azadlıqdan məhrumetmə və ya üç ilə qədər vəzifə tutma və fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə ilə cəzalandırıla bilər.