“Vətəndaş etirazı öz spontanlığı, azadlığı və özünü təşkil etmə xüsusiyyəti ilə olduğu kimi qalmalıdır – buna heç bir siyasi partiyanın və mənim müdaxiləm də lazım deyil, amma dəstək və müdafiə tələb olunur”.
Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bunları Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə davam edən etiraz aksiyaları ilə bağlı keçirdiyi xüsusi brifinqdə deyib.
Onun sözlərinə görə, aksiyalarda müşahidə etdiklərimiz mədəni bir ölkədə tamamilə qəbuledilməzdir.
“Biz küçələrdə baş verən, tamamilə siyasi partiyalardan və hər hansı təşkilatdan müstəqil olan etiraz aksiyalarını müzakirə etdik. Bu, özünü təşkil etmiş və spontan bir prosesdir, bunu çox yaxşı görmək olar: demək olar ki, bu gün Gürcüstanda elə bir şəhər yoxdur ki, bu etirazlara qoşulmasın. Bu, bütün nəsilləri, peşələri və sosial sahələri əhatə edir. Vətəndaş etirazı öz spontanlığı, azadlığı və özünü təşkil etmə xüsusiyyəti ilə olduğu kimi qalmalıdır. Hamımız razılaşdıq ki, heç bir siyasi partiyanın və mənim müdaxiləm lazım deyil, amma dəstək və müdafiə tələb olunur” , – deyə ölkə başçısı bildirib.
Etirazçılara dəstək gərəkdiyini vurğulayan Salome Zurabişvili deyib:
“Dəstək nədən ibarət olmalıdır, bu, ilk növbədə, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və hüquqşünasların işi olmalıdır, onlar da təmsil olunmuşdular. Həbs edilənlərin hüquqi müdafiəsi mənəvi öhdəlikdir. Onları unutmamaq da mənim öhdəliyimdir. Bütün orqanlara müraciət etmək lazımdır ki, yaralananların hamısı qorunmalıdır. Mənim birbaşa vəzifəmdir ki, beynəlxalq tərəfdaşlarımız arasında bu zorakılıq əleyhinə səslər eşidilsin. Gördüklərimiz mədəni bir ölkədə tamamilə qəbuledilməzdir”.