Bölgə xəbərləri

Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var

18 iyun / 10:55 1 dəq
16403161903861616717 750x500
18 iyun / 10:55
Burada sizin reklamınız ola bilər

Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası olub.

“Qərb Xəbər” bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Kiçik Qaramurad kəndində QAZ markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər