Gəncə şəhərində 2 nəfəri ildırım vurub.
“Qərb Xəbər”in məlumatına görə, saat 19 radələrində başlayan güclü yağış zamanı Yeni Gəncə qəsəbəsində qeydə alınan hadisədə Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Digər hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub. Adıçəkilən şəxs komaya düşüb.