Gədəbəy İcra Hakimiyyətinin binasında yanğın olub
Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın olub.
“Qərb Xəbər”in məlumatına görə, yanğın əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb, digər otaqlar yanğından mühafizə olunub.
Yanğın zamanı 1 kompüter masası, 1 kompüter və zalın 2 kvadratmetr tavan hissəsi yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır.




