Türkiyənin Gəncədəki Baş konsulluğunda qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılır.
“Qərb Xəbər” “AZƏRTAC”a istinadən xəbər verir ki, konsulluğun qarşısında zəlzələ qurbanlarının xatirəsinə guşə yaradılıb. İctimaiyyət nümayəndələri, ziyalılar, şəhər sakinləri buranı ziyarət edərək gül dəstələri düzürlər.
Baş konsul Recep Öztop göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.