Qarabağda qeyri-qanuni erməni silahlı dəstələri mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarını genişləndirməyə cəhd göstəriblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Separatçılar, eyni zamanda səngərlər qazmaq, sığınacaqlar hazırlamaq, döyüş mövqelərinə müşahidə kameraları quraşdırılmaq istəyiblər.
Nəticədə onların fəaliyyəti bölmələrimiz tərəfindən dayandırılıb.