Dünya

Ərdoğandan gözlənilməz qərar: Kommunikasiya İdarəsinin rəhbərini dəyişib

10 iyul / 02:28 1 dəq
ərdoğan
10 iyul / 02:28
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun vəzifəsindən azad olunub.

Qerbxeber.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla, xarici işlər nazirinin müavini Burhanəddin Duran Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəhbəri vəzifəsinə gətirilib.

Fəxrəddin Altun isə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun İdarə Heyətinin sədri təyin olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər