Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
QHT Xəbər

QHT-lər bu tarixədək maliyyə hesabatlarını təqdim etməlidir

17 fevral / 14:16 3 dəq
Qht
17 fevral / 14:16
Burada sizin reklamınız ola bilər

Qeyri-hökumət təşkilatlarının Ədliyyə Nazirliyində qeydə alınmayan müqavilələri, həmçinin məlumat təqdim edilməmiş ianələri üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Qerbxeber.com xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciətində qeyd edilib.

Bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən, Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının qrant müqavilələrinin (qərarlarının) qeydiyyatını həyata keçirir, qəbul etdiyi ianələr barədə məlumatları müvafiq reyestrə daxil edir. Qrant müqaviləsi (qərarı) bağlanıldığı (verildiyi) tarixdən 30 gündən, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə bağlanıldığı tarixdən 15 gündən, ianə isə qəbul edildiyi tarixdən 15 gündən gec olmayaraq, qeydə alınması və reyestrə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Qeydə alınmayan müqavilələr, həmçinin məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Vurğulanıb ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycandakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir.

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərə birgə müraciət edərək, nəzərdə tutulmuş müddəti ötürməməyi, 2025-ci il aprelin 1-dək qeyd olunan maliyyə hesabatlarını təqdim etməyi tövsiyə edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı