Elm və Texnologiya

Dövlət Qarabağda məskunlaşan peşə təhsili alanların təhsil haqqını ödəyəcək

14 aprel / 12:16 1 dəq
Indir 2025 04 14t121143.867
14 aprel / 12:16
Burada sizin reklamınız ola bilər

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qerbxeber.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

“Peşə təhsili haqqında” qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik edilib.

Bu Qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Paylaş
Burada sizin reklamınız ola bilər