Martın 18-dən “Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə sərnişin daşımalarına start verib.
“Qərb Xəbər” bu barədə ADY-yə istinadən xəbər verir.
Bakı-Ağstafa marşrutu üzrə sərnişin qatarı saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir. Bu marşrut üzrə bu gün daha bir reys – saat 17.00-da həyata keçiriləcək.
“Azərbaycan Dəmir Yolları”, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə 19 və 20 mart tarixlərinə əlavə 1 reys təyin edib. 19 və 20 mart tarixlərində sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəçək.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir