Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Senator Deyns: Azərbaycan və Ermənistan arasında sülh razılaşması və Zəngəzur dəhlizi Rusiya və İranı narahat edir

7 avqust / 22:53 2 dəq
Stiv deyns
7 avqust / 22:53
Burada sizin reklamınız ola bilər

Ermənistan və Azərbaycan arasında sülh razılaşması ABŞ-ın milli təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır.

Qerbxeber.com APA -ya istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns “77 WABC” radioya müsahibəsində bildirib.

Senator “Zəngəzur dəhlizi”nin geosiyasi əhəmiyyətini vurğulayıb: “Bu dəhliz vasitəsilə Mərkəzi Asiyanın beş ölkəsi Rusiya və Çin əvəzinə Avropa və Qərbə doğru daha çox istiqamət götürmək ərəfəsindədir. Bu, kritik və vacib bir məqamdır”.

Stiv Deyns may ayında Azərbaycana etdiyi səfəri xatırladıb: “Mən may ayında orada oldum, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm, sonra Ermənistana getdim və Baş nazir Nikol Paşinyanla görüşdüm. Onlar bu sülh müqaviləsini əldə etmək ərəfəsindədirlər”.

Amerikalı senator vurğulayıb ki, bu proses Rusiya və İranı narahat edir: “Bu, təkcə Birləşmiş Ştatlar üçün deyil, Qərb üçün də bəzi mühüm dividendlər qazandıra biləcək başqa bir “İbrahim Razılaşmaları”na bənzəyir. Təbii ki, Rusiya və İran bundan məmnun deyil”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı