Dünya

Peterburqda Putin və Trampın xüsusi nümayəndələri görüşüblər

11 aprel / 15:31 1 dəq
67f8ef8e3d45667f8ef8e3d457174436750267f8ef8e3d45467f8ef8e3d455
11 aprel / 15:31
Burada sizin reklamınız ola bilər

Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb.

Qerbxeber.com xəbər TASS-a istinadən verir ki, görüş Sankt-Peterburqdakı “Grand Europe” otelində baş tutub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoff bu gün Rusiyaya səfər edib.

Rusiya prezidenti Vladimir Putin də bu gün Sankt-Peterburqa səfər edib. Kreml hələlik təsdiqləməsə də, Putinin Peterburqda Trampın xüsusi nümayəndəsini qəbul edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı