Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Kallas:Aİ Rusiyaya qarşı ən sərt sanksiya paketini qəbul edib

18 iyul / 15:57 2 dəq
Kallas
18 iyul / 15:57
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini elan edib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabındakı paylaşımında bu sanksiyaların Rusiyanın hərbi büdcəsini daha çox məhdudlaşdıracağını bildirib.

“Biz möhkəm dayanmışıq. Aİ indicə Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini təsdiq etdi. Beləliklə, Rusiya banklarının maliyyə mənbələrinə çıxışı məhdudlaşdırılacaq, hərbi büdcəsi daha da azalacaq, Rusiyanın gizli fəaliyyət göstərən daha 105 gəmisinin fəaliyyəti ziyan görəcək. “Şimal axını” boru kəmərləri qadağan ediləcək. Neft üçün daha aşağı tavan qiyməti tətbiq olunacaq. Biz Rusiyanın hərbi sənayesinə təzyiqi artırırıq. Rusiyaya sanksiyalardan yayınmağa yardım göstərən Çin banklarına da məhdudiyyətlər qoyuruq. O cümlədən, dron istehsalında istifadə olunan texnologiya ixracatına da mane oluruq”, – Kallas qeyd edib.

Kaya Kallas Hindistanda fəaliyyət göstərən “Rosneft” neft emalı şirkətinə qarşı da sanksiyaların tətbiq edildiyini vurğulayıb.

Kallas Rusiya üçün irəliyə yeganə yolun aqressiyanı dayandırmaq olduğunu qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı