Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

DİM: “Yekun attestasiya imtahanı verən 1009 şagirdin nəticəsində dəyişiklik edilib”

25 may / 08:42 2 dəq
1648880949 modern.az imtahan
25 may / 08:42
Burada sizin reklamınız ola bilər

Martın 5-də keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına 5144 şagird 18036 tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Bu barədə “Qərb Xəbər”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 1009 şagirdin 1144 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,09%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 1144 düzəliş edilmə halından 195-i şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır. Bundan əlavə, Apellyasiya Komissiyasının qərarı ilə riyaziyyat fənni üzrə 81 nömrəli tapşırığın qiymətləndirmə meyarının “E” bəndi “0.33” ballıq qrupdan “0.67” ballıq qrupa keçirilib və yazı işi bu hala uyğun olan şagirdlərin nəticələrində müvafiq dəyişiklik edilib.

DİM-in məlumatına görə, qeyd olunan dəyişikliklər artıq şagirdlərin imtahan nəticələri ilə əlaqədar yaradılan səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.

Qeyd edək ki, imtahanda 50 mindən çox şagird iştirak edib və bu şagirdlər ümumilikdə 1 milyon 200 mindən çox yazı işi yerinə yetirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı