Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların kağız üzərində deyil, kompüterdə keçirilməsi məsələsinə münasibət bildirib.
“Qərb Xəbər”in məlumatına görə, DİM sədri Məleykə Abbaszadə xatırladıb ki, artıq müəyyən imtahanlar kompüter vasitəsilə keçirilir.
O qeyd edib ki, elektron imtahamlarına keçidlə əlaqədar xüsusi platforma yaradılıb: “Sınaq imtahanlarının elektron formatda hər zaman keçiririk. Kütləvi imtahamlarda bu keçid təkcə kompüterin sinifdə, məktəbdə olması ilə deyil, müxtəlif mərhələlərdə kompüterlərin və müvafiq proqramlarıa işləməyi bacaran müəllimlərin sayının artırılmasına da gərək diqqət göstərək. Gələk ildən 800 iş yeri olan bina inşa olunur və orada daimi olaraq kompüterdə imtahanlar keçiriləcək. Sınaq imtahanları, 1000-1500 nəfərlik şəxsin iştirakı işə baş tutan imtahanlar da həmin binada keçiriləcək. Bölgələrdə belə mərkəzlər mövcud olandan sonra kompüter imtahanlarına keçid edə bilərik. Bu imtahanlar bir gündə baş tuta bilməyəcək. Bunlar da hansısa cədvəl əsasında aparılacaq. Bu istiqamətdə Təhsil Nazirliyi və müvafiq qurumlarla sıx əməldaşlıq edirik”.