Dünya

ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır

6 avqust / 09:39 2 dəq
66b1320e3afd666b1320e3afd7172288871866b1320e3afd266b1320e3afd4
6 avqust / 09:39
Burada sizin reklamınız ola bilər

ABŞ vasitəçi ölkələr vasitəsilə İranı Yaxın Şərqdə gərginliyin artmasından əl çəkməyə inandırmağa çalışır.

Qerbxeber.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, Vaşinqton üçüncü ölkələrin nümayəndələri vasitəsilə eskalasiyanın İranın maraqlarına uyğun olmadığını və ABŞ-ın İsrailə mümkün hücumu dəf etməyə kömək edəcəyini çatdırmağa çalışır.

“Bölgədəki müttəfiqlər və tərəfdaşlarla söhbətlərimizin təfərrüatlarına girməyəcəm. Lakin gərginliyi istəmədiyimizi deməklə kifayətlənəcəm. Ümumi mövqe ondan ibarətdir ki, İran bundan sonra əlavə addım atmamalıdır”, – deyən Miller daha sonra sözlərinə belə davam edib: “Mən region ölkələrinə çatdırmaq istəyirəm ki, bu ölkələr İrana mesaj göndərərərək bu münaqişənin gərginləşməsi və İsrailə qarşı növbəti hücumun İranın maraqlarına qətiyyən cavab vermədiyini çatdırsınlar”.

Paylaş
Burada sizin reklamınız ola bilər