Bölgə xəbərləri

Azərbaycan Ordusu antiterror əməliyyatı keçirib, 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb

3 avqust / 17:29 1 dəq
Fc2b4ab1 4855 4b50 ab3d 1487bcacb62f
3 avqust / 17:29
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.

“Qərb Xəbər”in “Report”a istinadən xəbərinə görə, nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.

Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Paylaş
Burada sizin reklamınız ola bilər