Daha bir Rusiya generalı öldürüldü – Ukraynadan savaşla bağlı önəmli həmlə (FOTO)
Rusiya Silahlı Qüvvələrinin daha bir generalı Ukraynada öldürülüb.
“Qərb Xəbər” məlumat verir ki, Ukrayna ordusunun “Azov” alayı ölkə ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu məhv edib. Öldürülən general-mayorun adı açıqlanmayıb.
“Kim bizə qılıncla gəlsə, elə qılıncdan da öləcək”, deyə “Azov” alayının məlumatında bildirilib.





