Gədəbəydə qadın dəm qazından zəhərlənib
Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.
“Qərb Xəbər” xəbər verir ki, hadisə rayonun Nəriman kəndində qeydə alınıb.
1962-ci il təvəllüdlü Fulora Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
61 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, F.Huseynova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı