Polşanın keçmiş prezidenti Lex Valensa bildirib ki, Rusiya Ukraynaya hücum edəcəyi halda dərhal cavab verilməli, Moskvaya hücum edilməlidir.
“Qərb Xəbər” məlumat verir ki, Valensa söyləyib ki, artıq Rusiya prezidentini dəstəkləmir.
“Mən Putinə çox hörmət edir və onu dəstəkləyirdim. Hər zaman deyirdim ki, Rusiyanın problemləri var, ancaq bura böyük ölkədir. Ancaq bu dəfə çox irəli gediblər. İndi geri addım atmaq olmaz, çünki növbəti hücum daha ağır olacaq”, – deyə o bildirib.