Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Qazaxıstandan Azərbaycana strateji təklif: “Avropaya neft satışında tranzit ölkə olun”

10 mart / 11:36 3 dəq
Kazakhistan azerbaijan flags
10 mart / 11:36
Burada sizin reklamınız ola bilər

Qazaxıstan Azərbaycana Qazaxıstandan Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif edib.

 

“Qərb Xəbər” “Report”a istinadən məlumat verir ki, bunu Bakıda Qazaxıstan nümayəndə heyətinə rəhbərlik edən “Samruk-Kazyna” ASC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev bildirib.

Tərəflər mövcud marşrutlara alternativ ola biləcək Azərbaycan ərazisindən neft nəqli sahəsində önəmli əməkdaşlıq potensialını qeyd ediblər.

Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması layihəsi olub. Yeni birgə müəssisə tariflərin müəyyən edilməsi və yük bəyannaməsi ilə bağlı məsələləri həll etməyə, vahid İT həlləri tətbiq etməyə və bu marşrut üzrə tranzit yükləri birləşdirməyə imkan verəcək.

Müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru vəzifəsini icraçısı Ruslan Əlixanovla, SOCAR-ın birinci vitse-prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf və digər rəsmi şəxslərlə söhbət zamanı aparılıb.

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşüb. Görüş zamanı dəhliz üzrə nəqliyyat tariflərinin unifikasiyası, ölkələr ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcminin artırılması üçün gömrük prosedurlarının sinxronlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, regionda baş verən hadisələr və geosiyasi vəziyyət yeni reallıq yaradıb.

Görüşün yekunu olaraq “Samruk-Kazyna” SC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Qazaxıstanın coğrafi xüsusiyyətləri – onların Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələr arasında səmərəli və yaxşı qurulmuş nəqliyyat şəbəkəsinin təmin edilməsi üçün real zəmin yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması oldu. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə çatdırılma müddətini 12 günə endirməyə imkan verib.

Görüşün yekunu olaraq “Samruk-Kazyna” ASC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb. /“Samruk-Kazyna”

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı