Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Ceyhun Bayramov Nyu-Yorkda çinli həmkarı ilə görüşdü

27 may / 22:09 4 dəq
Bayramov li
27 may / 22:09
Burada sizin reklamınız ola bilər

Mayın 26-sı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Çin xarici işlər naziri Van İ ilə görüş keçirib.

Qerbxeber.com xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi”  mövzusunda açıq müzakirələrin təşkilinə görə Çin tərəfinə təşəkkür ifadə olunub və bu təşəbbüsün mövcud qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Azərbaycan ilə Çin arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edərək, son illər yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə, iki ölkə arasında 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsinin əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığı bildirilib.

Azərbaycan Prezidentinin 2025-ci ildə Çinə dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə müstəsna imkanlar yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, 2027-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanaraq, bu yubileyin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyi qeyd edilib.

Görüş zamanı ticarət, investisiya, nəqliyyat və logistika, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, rəqəmsal innovasiyalar, kənd təsərrüfatı, elm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Ölkəmizdə Çin sərmayəsi ilə istehsal müəssisələrinin fəaliyyətinin iqtisadi əməkdaşlığa töhfəsi vurğulanıb. Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında viza tələbinin aradan qaldırılmasının insanlar arasında təmasların artmasına müsbət töhfə verdiyi diqqətə çatdırılıb.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. BMT, AQEM, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Çin nümayəndə heyətinin cari ilin may ayında Azərbaycanda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirakından məmnunluq ifadə olunub və bu iştirakın çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi bildirilib.

Xalqlararası münasibətlərin möhkəmləndirilməsinin vacibliyi vurğulanaraq, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilə proqramlarının genişləndirilməsinin uzunmüddətli tərəfdaşlığın inkişafında xüsusi rol oynadığı qeyd edilib.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri nəzərdən keçirilib. Çin vətəndaşlarının İrandan təxliyəsi üçün göstərilən dəstəyə görə ölkəmizə minnətdarlıq bildirilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı